Bank Of Baku

Bakıda sənaye istehsalı kəskin artıb

Bakıda sənaye istehsalı kəskin artıb
# 20 dekabr 2021 16:30 (UTC +04:00)

Cari ilin yanvar-noyabr aylarında Bakı üzrə sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 39,2 mlrd. manat təşkil edib, bu da illik müqayisədə 45,2% çoxdur.

Baki Statistika İdarəsindən “APA-Econopmics”ə verilən məlumata görə, sənaye məhsulunun 76,4%-i mədənçıxarma, 20,6%-i emal, 2,3%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. Sənayedə qeyri-dövlət sektorunun payı 83,8% olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 92%, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 8% faiz təşkil edib.

“İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 dekabr 2021-ci il vəziyyətinə 306,3 mln. manatlıq hazır məhsul ehtiyatı olub”, - məlumatda bildirilir.

Qeyd edilir ki, sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 74,2 mln. manat məbləğində digər məhsullar da mövcud olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR