Bank Of Baku

Bakıda sənaye istehsalı kəskin artıb

Bakıda sənaye istehsalı kəskin artıb
# 30 mart 2022 16:25 (UTC +04:00)

Bu ilin yanvar-fevral aylarında Bakıda sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 11,2 mlrd. manat təşkil edib, bu da illik müqayisədə demək olar ki iki dəfə çoxdur.

Bakı Statistika İdarəsindən “APA-Economics”ə verilən məlumata görə, sənaye məhsulunun 84,3%-i mədənçıxarma, 13,2%-i emal, 1,9%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Məlumata görə, sənayedə qeyri-dövlət sektorunun payı 90% olub.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 mart 2022-ci il vəziyyətinə 368,7 mln. manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 78,4 mln. manat məbləğində digər məhsullar da mövcud olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR