Bank Of Baku

Bakıda sənaye istehsalı yanvarda kəskin artıb

Bakıda sənaye istehsalı yanvarda kəskin artıb
# 25 fevral 2022 18:00 (UTC +04:00)

Bu i ilin yanvar ayında Bakı üzrə sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 5,5 mlrd. manat təşkil edib ki, bu da illik müqayisədə 89,7% çoxdur.

Bakı Statistika İdarəsindən “APA-Economics”ə verilən məlumata görə, sənaye məhsulunun 84,2%-i mədənçıxarma, 13,6%-i emal, 1,8%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,4%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Məlumata görə, sənayedə qeyri-dövlət sektorunun payı 90,3% olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 95%, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 5% təşkil edib.

“İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 fevral 2022-ci il vəziyyətinə 349,7 mln. manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 124,2 mln. manat məbləğində digər məhsullar da mövcud olub”, - məlumatda qeyd edilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR