Bank Of Baku

Baş nazir neft emalı zavodunda modernizasiyanın vaxtında həyata keçirilməsini tapşırıb

Baş nazir Əli Əsədov,  Heydər Əliyev adına neft emalı zavodunda

© APA | Baş nazir Əli Əsədov, Heydər Əliyev adına neft emalı zavodunda

# 18 dekabr 2021 16:23 (UTC +04:00)

Bu gün Baş naziri Əli Əsədov Dövlət Neft Şirkətinin Heydər Əliyev adına neft emalı zavodunda aparılan modernizasiyavə yenidənqurma işləri ilə tanış olub.
Nazirlər Kabinetindən APA-ya verilən məlumata görə, aparılan işlərlə tanışlıqdan sonra Baş nazirin sədrliyi və Dövlət Neft Şirkətinin Müşahidə Şurası sədrinin və üzvlərinin, Şirkətin prezidentinin iştirakı ilə müşavirə keçirilib.
Müşavirədə modernizasiyavə yenidənqurma işlərinin cədvələ uyğun aparılması məsələsi diqqət mərkəzində olub, görülən və görüləcək işlər müzakirə edilib.
Qarşıda duran məsələlər müəyyən edilərək müvafiq işlərin vaxtında və tam şəkildə həyata keçirilməsi ilə bağlı tapşırıqlar verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR