Belarusun energetika naziri Viktor Karankeviç və “Qazprom” şirkətinin İdarə Heyətinin sədri Aleksey Miller saziş imzalayıblar.
“APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, yeni sazişə əsasən, Minsk aprel ayından qaza görə ödənişləri Rusiya rublu ilə həyata keçirəcək.
Məlumata görə, aprelin 1-dən etibarən verilən təbii qazın qiyməti bu günə qədər qüvvədə olan müqavilədə nəzərdə tutulduğundan daha sərfəlidir.