Bank Of Baku

Beynəlxalq Enerji Agentliyi neft tələbatı üzrə proqnozunu artırıb

Beynəlxalq Enerji Agentliyi neft tələbatı üzrə proqnozunu artırıb
# 12 oktyabr 2023 13:42 (UTC +04:00)

Beynəlxalq Enerji Agentliyi (IEA) 2023-cü il üçün qlobal neft tələbi üzrə proqnozunu yüksəldib.

APA-Economics”in Agentliyin aylıq hesabatına istinadən verdiyi məlumata görə, 2023-cü ildə gündəlik qlobal neft tələbatı 2,3 mln. barel artaraq (ötən proqnoza görə 2,2 mln. barel), 101,9 mln. barel təşkil edəcək.

Agentlik qeyd edir ki, birinci rübdə gündəlik tələbat 100,4 mln. barel təşkil edib, ikinci rübdə isə bu göstərici 101,8 mln. barelə yüksəlib.

IEA-in proqnozuna əsasən, 2023-cü ilin üçüncü və dördüncü rübündə gündəlik qlobal neft tələbatı müvafiq olaraq 102,7 və 102,6 mln. barel səviyyəsində olacaq.

Agentliyin ehtimalına görə, 2024-cü ildə neftə olan gündəlik qlobal tələbat 102,7 mln. barel civarında olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR