Beynəlxalq Enerji Agentliyi “OPEC+” üzrə hasilat göstəricilərini qiymətləndirib

Beynəlxalq Enerji Agentliyi “OPEC+” üzrə hasilat göstəricilərini qiymətləndirib
# 12 sentyabr 2024 13:45 (UTC +04:00)

Razılaşmada iştirak edən “OPEC+” ölkələri 2024-cü ilin avqust ayında gündəlik neft hasilatını iyul ayı ilə müqayisədə sutkada 140 min barel azaldıb, lakin könüllü məhdudiyyətlər nəzərə alınmaqla planlaşdırılmış gündəlik hədəfdən 850 min barel artıq hasil ediblər.

Bu barədə “APA-Economics” Beynəlxalq Enerji Agentliyinin aylıq hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, razılaşma çərçivəsində “OPEC+” ölkələri (18 ölkə - red.) tərəfindən könüllü azalmalar nəzərə alınmaqla gündəlik hasilatın hədəf səviyyəsi avqust ayı üçün 33,71 milyon barel təşkil edirdi, faktiki hasilat isə 34,56 mln. barel təşkil edib.

Qeyd olunur ki, gündəlik istehsal üzrə öhdəliklərini ən çox artıqlaması ilə yerinə yetirirlər sırasında İraq (470 min barel), BƏƏ (390 min barel), Rusiya (130 min barel) və Küveyt (110 min barel) yer alıb.

Xatırladaq ki, “OPEC+” Neft İxrac Edən Ölkələr Təşkilatını (OPEC) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüsdür. Azərbaycan da “OPEC+” razılaşmasının iştirakçısıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR