Beynəlxalq Enerji Agentliyi (IEA) 2023-cü il üçün gündəlik qlobal neft hasilatı ilə bağlı proqnozunu azaldıb.
Bu barədə “APA-Economics” Beynəlxalq Enerji Agentliyinin aylıq hesabatında istinadən xəbər verir.
Hesabata əsasən, 2023-cü ildə gündəlik qlobal neft hasilatı 1,5 mln. barel artacaq, 101,47 mln. barelədək çatacaq. Bu, öncəki proqnoz göstəricidən 70 min barel azdır.
Qeyd olunur ki, iyul ayında gündəlik qlobal neft hasilatı 910 min barel azalaraq, 100,9 mln. barelə enib.