Beynəlxalq Enerji Agentliyi qlobal qaz tələbatı üzrə proqnozunu artırıb

Beynəlxalq Enerji Agentliyi qlobal qaz tələbatı üzrə proqnozunu artırıb
# 16 iyul 2024 14:22 (UTC +04:00)

Beynəlxalq Enerji Agentliyi (IEA) 2024-cü il üçün qlobal təbii qaz tələbatı üzrə proqnozunu artırıb.

APA-Economics”in Agentliyin hesabatına istinadən verdiyi məlumata görə, bu il qlobal təbii qaza olan tələbatın 4 199 mlrd. kubmetr səviyyəsində olacağı gözlənilir, bu da öncəki proqnoz göstəricidən 8 mlrd. kubmetr çoxdur.

Belə ki, 2023-cü ilin göstəricisi ilə müqayisədə bu il qlobal qaz tələbatının 2,5% artacağı ehtimal olunur.

Hesabata əsasə, ötən il qlobal qaz tələbatı 4 095 mlrd. kubmetr təşkil edib ki, bu da illik müqayisədə 0,7% çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR