Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdüləziz bin Salman Əl-Səud Beynəlxalq Enerji Agentliyini (IEA) karbohidrogen bazarındakı vəziyyətlə bağlı tez-tez verdiyi yanlış proqnozlara görə tənqid edib.
“APA-Economics”in xarici mətbuata istinadən verdiyi məlumata görə, bu tənqidi Əbdüləziz bin Salman Əl-Səud Qətər İqtisadi Forumunda çıxış edərkən səsləndirib.
"Beynəlxalq Enerji Agentliyi daimi səhv etməkdən ibarət olan xüsusi istedada sahib olduğunu sübut edib", - Əbdül Əziz bin Salman Əl-Səud bildirib.
Eyni zamanda nazir qeyd edib ki, “OPEC+” ittifaqı (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) sayıqlıq, təşəbbüskarlıq və risklərin azaldılması mexanizmləri nümayiş etdirərək vəziyyəti daha yaxşı proqnozlaşdıra bilir.
Qeyd edək ki, “OPEC+” üzvü olan ölkələr növbəti addımları barədə qərar vermək üçün iyunun 4-də Vyanada görüşəcəklər.