Bakının Binəqədi rayonunda avtomobil qaz xəttini zədələyib.
“Azəriqaz” İB-dən “APA-Economics”ə verilən məlumata görə, axşam saatlarında Binəqədi rayonunda əhalinin qaz xəttini avtomobillə zədələyiblər. Bakı Regional Qaz İstismarı Departamentindən verilən məlumata görə, hadisə səbəbindən bir çox abonentin qaz təchizatında fasilə yaranıb.