Binəqədinin qaz təchizatında fasilə yaranacaq

Binəqədinin qaz təchizatında fasilə yaranacaq
# 04 aprel 2024 19:36 (UTC +04:00)

Binəqədi rayonu, 7-ci Mikrorayon, Abay Kunanbayev küçəsində yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv olunması və Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi ünvanında COP-29 proqramına əsasən orta təzyiqli qaz xəttinin dayaqlar üzərinə qaldırılması məqsədi ilə 05.04.2024-cü il tarixdə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

"Azəriqaz"dan "APA-Economics"ə verilən məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Binəqədi rayonunun Abay Kunanbayev, Fərman Məlikov, Süleyman Sani Axundov, İlham Hacıyev küçələrində və Biləcəri qəsəbəsinin Məlik Aslanov küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR