Bank Of Baku

Bolqar nazir: Bu gün enerji təhlükəsizliyi istiqamətində ən önəmli addımlardan biri atılır

Bolqar nazir: Bu gün enerji təhlükəsizliyi istiqamətində ən önəmli addımlardan biri atılır
# 25 aprel 2023 13:51 (UTC +04:00)

Bu gün enerji təhlükəsizliyi istiqamətində ən önəmli addımlardan biri atılır.

APA-nın Bolqarıstana ezam olunmuş müxbiri xəbər verir ki, bunu Bolqarıstan energetika naziri Rosen Xristov Bolqarıstanın “Bulgartransgas”, Rumıniyanın “Transgas”, Macarıstanın FGSZ, Slovakiyanın “Eustream” və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın inkişafına dair anlaşma memorandumunun Sofiya şəhərində keçirilən imzalanma mərasimində deyib.

“Mən çox şadam ki, Bolqarıstan bu layihənin təşəbbüskarıdır. İlk müzakirələrdən sadəcə bir neçə ay keçir və indi addımlar atılır. Mən bizi stabil platforma ilə təmin edən prezidentlərə siyasi dəstəklərinə görə təşəkkür edirəm”, - nazir vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR