Bolqarıstan bir aydan az bir müddətə Yaşıl Enerji Dəhlizinin yaradılması layihəsinə rəsmi olaraq qoşulacaq.
"APA-Economics" xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov bildirib.
Onun sözlərinə görə, hazırda Cənub Qaz Dəhlizinə paralel olaraq Avropada enerji tədarükünün təmin olunması məqsədi daşıyan Yaşıl Enerji Dəhlizinin yaradılması istiqamətində işlər aparılır.
Nazir müavininin sözlərinə görə, bu istiqamətdə Gürcüstan, Rumıniya və Macarıstanla işlər aparılır.
"Bolqarıstan tərəfi də dəhlizə qoşulmaq istəyini ifadə etdi. Bu aydan az müddət ərzində Bolqarıstan rəsmi şəkildə prosesə qoşulmuş olacaq",- nazir müavini qeyd edib.