Bank Of Baku

Bolqarıstan Prezidenti: Azərbaycan etibarlı tərəfdaşdır

Bolqarıstan Prezidenti: Azərbaycan etibarlı tərəfdaşdır
# 25 aprel 2023 14:11 (UTC +04:00)

Azərbaycan və Bolqarıstan arasında uzunmüddətli və strateji əməkdaşlığın olduğunu, son bir ildə daha da inkişaf etdiyini deyə bilərəm.

APA-nın Bolqarıstana ezam olunmuş müxbiri xəbər verir ki, bunu Bolqarıstan Prezidenti Rumen Radev bu ölkənin “Bulgartransgas”, Rumıniyanın “Transgas”, Macarıstanın FGSZ, Slovakiyanın “Eustream” və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın inkişafına dair anlaşma memorandumunun Sofiya şəhərində keçirilən imzalanma mərasimində deyib.

O bildirib ki, Azərbaycan etibarlı ticarət partnyorudur: “Azərbaycanla Bolqarıstan arasında mövcud olan sənədə əsasən, Azərbaycan beynəlxalq böhranlara baxmayaraq, bütün öhdəliklərini yerinə yetirib. Azərbaycan həmçinin Aİ ilə strateji əməkdaşlıq edir. Bunun təsdiqi ötən ilin iyul ayında, Azərbaycan ilə Aİ arasında imzalanan anlaşma memorandumudur.

Lakin hələ də bir sual qalır ki, Azərbaycanda əlavə təbii qaz hansı şəkildə Avropaya çatacaq. Biz illər sonranı da düşünürük. Bu sadəcə bizim üçün yox, həm də Mərkəzi və Cənub-Şərqi Avropa üçün diversifikasiya baxımından xeyirlidir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR