Təmir işlərindən sonra Transbalkan kəməri vasitəsi ilə Bolqarıstan ərazisi ilə Serbiya və Macarıstana Rusiya qazının tranziti bərpa olunub.
"APA-Economics"in məlumatına görə, sözügedən ölkələrə qazın nəqli bu gün bərpa olunub.
Xatırladaq ki, noyabrın 1-də Bolqarıstanın şimal-şərqindəki Vetrino kəndi yaxınlığında qaz kəmərinin partlaması səbəbindən Bolqarıstandan Serbiya və Macarıstana Rusiya qazının nəqli dayandırılmışdı. Təmir işlərini Bolqarıstanın qaz şəbəkəsi operatoru "Bulgartransgaz" şirkəti həyata keçirib.