BP 2030-cu ilədək neft-qaz sektorunun inkişafına ildə 9 mlrd. dollar yönəltməyi planlaşdırır

BP 2030-cu ilədək neft-qaz sektorunun inkişafına ildə 9 mlrd. dollar yönəltməyi planlaşdırır
# 30 noyabr 2023 11:49 (UTC +04:00)

Azərbaycan təkcə ənənəvi neft-qaz ölkəsi deyil, yaşıl enerjinin inkişafına tövhə verəcək bir enerji mərkəzinə çevrilə bilər.

"APA-Economics" xəbər verir ki, bu barədə BP-nin Xəzər bölgəsində xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Sənaye Təhlükəsizliyi Zirvəsində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycanda mövcud olan imkanlar, təcrübə, kadr potensialı və neft-qaz infrastrukturu onu deməyə imkan verir ki, ölkəmizdə hidrogen istehsalı üçün müəyyən perspektivlər mövcuddur.

Bəxtiyar Aslanbəyli onu da qeyd edib ki, bu imkanlar düzgün qiymətləndirilsə və balanslı şəkildə həyata keçirilsə, Azərbaycanın yaşıl enerjinin inkişaf etdirəcək enerji mərkəzinə çevrilməsi üçün imkanlar var.

BP şirkətinin nümayəndəsi onu da əlavə edib ki, BP 2050-ci ilədək və daha tez xalis sıfır emissiyalı şirkətə çevrilmək hədəfini qoyub və bunun üçün strategiyasına ciddi dəyişikliklər edib: "Lakin bu demək deyil ki, şirkət ənənəvi neft-qaz sektorunda fəaliyyətindən imtina edir, sadəcə az emissiyalı neft və qazın hasilatını təmin etməyi nəzərdə tutur. BP 2030-cu ilədək neft-qaz sektorunun inkişafına ildə 9 mlrd. dollar yönəltməyə planlaşdırır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR