Bank Of Baku

BP AÇG-də neft hasilatının stabilləşməsini hədəfləyir

BP AÇG-də neft hasilatının stabilləşməsini hədəfləyir
# 25 iyul 2023 13:56 (UTC +04:00)

Tikilən "Azəri Mərkəzi Şərqi” (ACE) platforması sayəsində BP Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqları blokunda (AÇG) neft hasilatının stabilləşməsini hədəfliyir.

APA-Economics”in “S&P Global Commodity Insights”a istinadən verdiyi məlumata görə, bu barədə AÇG layihəsinin operatoru olan BP-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel bildirib.

Onun fikrincə, növbəti bir neçə il ərzində AÇG-də neft hasilatı kifayət qədər stabil səviyyədə olacaq, lakin müəyyən azalma da müşahidə oluna bilər.

Qeyd edək ki, son illər AÇG-də neft hasilatında təbii azalma müşahidə olunur. Yeni platformanın tikintisi də blokda hasilatın stabilləşməsi məqsədi daşıyır.

Yeni platformada ilk neftin çıxarılması gələn ilin əvvəlində gözlənilir. 6 milyard dollarlıq ACE layihəsi Xəzər dənizində nəhəng AÇG yatağının işlənməsinin növbəti mərhələsidir. Layihəyə yeni dəniz platforması və gündəlik 100 000 barelədək hasilat gücündə digər qurğular daxildir. Layihənin istismar müddəti ərzində ümumilikdə 300 mln. barelədək neft hasil olunacağı proqnozlaşdırılır.

Xatırladaq ki, AÇG-də pay bölgüsü bu nisbətdədir: BP – 30,37% (operator), AzACG (SOCAR) – 25%, MOL – 9,57%, "Inpex" – 9,31%, "Equinor" (keçmiş "Statoil") – 7,27%, "ExxonMobil" – 6,79%, TPAO – 5,73%, "Itochu" – 3,65% və "ONGC Videsh Ltd." (OVL) – 2,31%. Tərəflər arasında razılaşma 30 il müddətinə etibarlı olub (2024-ci ildə başa çatmalı idi). Buna baxmayaraq, 2017-ci il sentyabr ayının 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaş şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalayıblar. AÇG-nin 2050-ci ilə qədər inkişafını əhatə edən yeni müqavilə əsrin ortalarınadək blokun inkişaf potensialını əhəmiyyətli dərəcədə artırmağa imkan yaradacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR