|
Bu gün BP Azərbaycandakı layihələrindəki tərəfdaşları adından üç sosial sərmayə layihəsinin tamamlanmasını və inklüziv cəmiyyətin inkişafı üçün təhsil və bacarıqların artırılması üzrə innovativ yanaşmaları təşviq edən iki yeni sosial təşəbbüsün başlanmasını elan edib. "APA-Economics" xəbər verir ki, layihələrin əsas məqsədi ən qabaqcıl təcrübələri formalaşdırmağa və əlilliyi olan şəxslərin sosial inteqrasiyası üçün ən yaxşı həll yollarını müəyyənləşdirməyə kömək etməkdir. "Tərəfdaşlarımızla birlikdə sosial sərmayə layihələrimiz vasitəsilə inklüziv cəmiyyətin prinsiplərini təbliğ edərək əlilliyi olan insanların inteqrasiya imkanlarını fəal şəkildə təşviq etmək niyyətindəyik. Uğurla başa vurduğumuz üç layihənin və bu gün elan etdiyimiz yeni layihələrin ortaq bir məqsədi var – münasibətlərdə, dəyərlərdə və düşüncələrdə heç bir sosial təcridə yol verməyən bir cəmiyyətin formalaşmasına yardım etmək. Ən əsası isə, biz ümid edirik ki, iki yeni layihəmiz vasitəsilə bu sosial dəyişikliyin miqyasının və əhatə dairəsinin genişlənməsinə və kənd icmalarında inklüziv təhsil barədə məlumatlılığın artmasına kömək edəcəyik. İnanırıq ki, inklüziv cəmiyyətin təşviqinə töhfə verməklə biz ölkənin davamlı inkişafına dəstək vermiş oluruq. Bu inkişaf prosesində isə hər kəsin iştirakı və özünü dəyərli hiss etməsi vacibdir", - BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli qeyd edib. Tamamlanmış ilk layihə autizmin qiymətləndirilməsi, diaqnostikası, reabilitasiyası və terapiyası üzrə ixtisaslaşan müxtəlif kateqoriyadan olan insanların - terapevtlər, nevroloqlar, uşaq psixiatrları, pediatrlar, qulluq edən şəxslər, peşə mütəxəssisləri, çoxsaylı yerli universitetlərdən seçilmiş tələbə könüllülər, müalicəvi idman mütəxəssisləri və s. kimi aidiyyətli şəxslərin bacarıqlarını artırmaq və biliklərini təkmilləşdirmək məqsədi daşıyırdı. Layihənin müddəti 20 ay, ümumi dəyəri isə təxminən 415 000 AZN ($244 118) təşkil edib. Layihə “Birgə və Sağlam” İctimai Birliyi tərəfindən yerinə yetirilib. Layihənin uğuruna əsaslanaraq, onun əhatə dairəsini genişləndirməklə kənd icmalarında da autizm mütəxəssislərinin bacarıqlarının artırılmasına dəstək vermək qərarına gəlindi. Yeni layihə Gəncə, Daşkəsən, Tovuz, Ağstafa, Goranboy, Samux və Şəmkir rayonlarını əhatə edəcək. Layihəyə autizm və müalicəvi idman mütəxəssisləri, könüllülər və autizmin qiymətləndirilməsi, diaqnostikası, reabilitasiyası və terapiyası ilə məşğul olan digər qruplar üçün xüsusi təlimlər daxildir. Gəncədə mərkəzləşəcək təlimlər beynəlxalq standartlara və təcrübələrə əsaslanan proqramlardan istifadə etməklə xarici və yerli ekspertlər tərəfindən aparılacaq. Layihənin müddəti bir il və dəyəri təxminən 98 000 AZN ($57 647) təşkil edir. Bu layihə də eyni təşkilat - “Birgə və Sağlam” İctimai Birliyi tərəfindən həyata keçiriləcək. Tamamlanmış ikinci layihə əlilliyi olan uşaqların geniş cəmiyyətə inteqrasiyasının bir hissəsi olaraq idman və bədən tərbiyəsi ilə məşğul olması üçün imkanların yaradılmasına yönəlmişdi. Layihə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında inklüziv təhsilin effektiv forması olan hibrid (onlayn və oflayn) təhsil modelinin istifadəsini təşviq etmək üçün nəzərdə tutulmuşdu. Layihə həmçinin əlilliyi olan uşaqların abilitasiyası, reabilitasiyası və sosial inteqrasiyası sahəsində qabaqcıl beynəlxalq təcrübələri təşviq etmək məqsədi daşıyırdı. Layihənin müddəti 13 ay və dəyəri təxminən 77 100 AZN ($45 353) təşkil edib. Bu layihə Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası tərəfindən həyata keçirilib. Tamamlanmış üçüncü layihə isə məktəblərdə inklüziv təhsilin gücləndirilməsinə yönəlmişdi. Layihə ümumtəhsil məktəblərində inklüziv təhsil mühiti yaratmaq və əlilliyi olan uşaqların sosial inteqrasiyası ilə bağlı davranış dəyişikliyini təbliğ etməklə inklüziv təhsil mədəniyyətinin təşviq olunması üçün nəzərdə tutulmuşdu. Layihə Elm və Təhsil Nazirliyi tərəfindən seçilmiş dörd pilot məktəbi – Bakı şəhərinin 202 və 246 saylı məktəblərini, həmçinin Sumqayıt şəhərinin 4 və 21 saylı məktəblərini əhatə edib. Bu səkkiz aylıq layihənin ümumi dəyəri təxminən 260 000 AZN ($152 941) təşkil edib. Layihə Regional İnkişaf İctimai Birliyi tərəfindən yerinə yetirilib. Bu uğura əsaslanaraq, layihənin daha geniş miqyasda davam etdirilməsi qərara alınıb. 2-ci mərhələdə Bakı, Sumqayıt, Şirvan, Gəncə, Abşeron, Quba, Şəki, Qazax, Xaçmaz, Qəbələ və Ağcabədi də daxil olmaqla ölkənin müxtəlif yerlərindən seçilmiş 24 məktəb əhatə olunacaq. Layihə xüsusi hazırlanmış təlim proqramı vasitəsilə 250-yə yaxın məktəb müəlliminin inklüziv təhsil sahəsində nəzəri biliklərini və praktiki bacarıqlarını təkmilləşdirmək məqsədi daşıyır. Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıqda həyata keçiriləcək bu yeni layihə müasir inklüziv təhsil siyasətini güclü şəkildə dəstəkləyir və Azərbaycanın təhsil sisteminin tərkib hissəsi kimi inklüziv təhsilin strateji inkişafını təşviq edir. Bir il davam edəcək bu layihənin dəyəri 104 000 AZN-dən ($61 176) çoxdur. Layihənin icrası eyni təşkilat - Regional İnkişaf İctimai Birliyi tərəfindən həyata keçiriləcək. Bundan əlavə BP əlilliyi olan şəxslərin cəmiyyətə inamla və effektiv şəkildə inteqrasiyasına töhfə vermək səylərinin bir hissəsi olan daha bir sosial sərmayə layihəsinin uğurla başa çatdığını elan edib. Layihə DanceAbility® adlı beynəlxalq təlim metodu əsasında hazırlanıb. Layihənin məqsədi Danceability® metodunun təklif etdiyi universal ünsiyyət üsulları vasitəsilə əlilliyi olan şəxslərin müalicəsi və reabilitasiyasında inklüzivliyi təmin etmək idi. Layihə çərçivəsində Bakı, Yevlax və Şirvandakı reabilitasiya mərkəzlərinin mütəxəssisləri üçün DanceAbility® metodu üzrə təlimlər təşkil olunub. Reabilitasiya mərkəzlərinin 52 əməkdaşı üçün ümumilikdə 28 olmaqla 14 onlayn və 14 oflayn DanceAbility® təlim sessiyası keçirilib. Təlim keçmiş bütün mütəxəssislər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyini təmsil edirlər. Təlim sessiyaları əsasən özünüifadə, özünəinam, kreativlik, ünsiyyət bacarıqları, empatiya, psixi və fiziki rifahın yaxşılaşdırılması və digər mövzuları əhatə edib. Layihənin ümumi dəyəri 42 950 AZN ($25264) təşkil edib. Həmin məbləğə əsasən təlimlərin keçilməsi və səkkiz təlim videoçarxının hazırlanması xərcləri daxildir.
|
BP Azərbaycanda inklüziv cəmiyyətin inkişafı ilə bağlı layihələrə start verir
Sənaye və energetika
Son aylarda Naxçıvanın enerji tələbatı bərpaolunan mənbələr hesabına təmin edilib
“Qaz yanacağı ilə işləyən qurğu və avadanlıqların təhlükəsizliyi haqqında Texniki Reqlament” qəbul edilib
Bakı-Tbilisi-Ərzurum kəməri vasitəsilə indiyədək Türkiyəyə ixrac olunan qazın həcmi açıqlanıb
Xankəndi və Ağdərədə 110 kV-luq yarımstansiyalar tikilir
Xəbər Lenti
“The New York Times”: İran lideri danışıqların əleyhinə olub, Pezeşkian onu razı salıb
Ağdamda suda batan ata və iki övladının kimliyi məlum olub - YENİLƏNİB
Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
Laçına dolu düşüb - FAKTİKİ HAVA
Cevdet Yılmaz: Pakistanın ABŞ-la İran arasında vasitəçi rolunu yüksək qiymətləndiririk
Kibertəhlükəsizlik dövlət siyasətinin prioritetinə çevrilir - TƏHLİL
Uşaqların rəqəmsal təhlükəsizliyi dövlət siyasətinin əsas istiqamətlərindən biridir - RƏY
Masazırda yük maşını yanıb - VİDEO
İmişlidə zəlzələ olub
Səfirlik: Heydər Əliyev Mərkəzinin ABŞ bayrağının rəngləri ilə işıqlandırılmasını minnətdarlıq hissi ilə qarşıladıq
Yasamalda evdə partlayış olub, 16 yaşlı yeniyetmə ölüb, 4 nəfər xəsarət alıb - YENİLƏNİB
Bakıda motosikletinin təmiri üçün eyni markalı motosikleti oğurlayan şəxs saxlanılıb
“The National Interest”də İran-ABŞ müharibəsi fonunda Azərbaycanın Orta Dəhlizin roluna təsirindən bəhs edilib
Sabahın hava proqnozu açıqlanıb
Gəncədə xəstəxanaya müayinəyə gələn qadın ölüb
Ukrayna Rusiya paytaxtına kütləvi dron hücumu edib
Yasamalda 46 kq narkotik dövriyyədən çıxarılıb
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti “açıq qapı günü” tədbiri keçirib
ADB: Bakı metrosu sərnişin tutumunu artırmaqla karbon emissiyasını 70 min ton azalda bilər
AzTV-də tezliklə yayımlanacaq “Uzun Həsən” filminin yeni anonsu yayımlanıb - VİDEO
Tramp Xameneinin dəfn mərasimi üçün İrana bir həftə möhlət verdiyini açıqlayıb
"Bitcoin"in qiyməti 62 min dolları ötüb
Azərbaycan XİN ABŞ-ı Müstəqillik Günü münasibətilə təbrik edib
Ağsuda çətənə kolu yetişdirən şəxs həbs olunub
Prezident İlham Əliyev: Azərbaycan-ABŞ münasibətlərinin yüksələn xətlə və uğurla inkişaf etməsi məmnunluq doğurur
Allahşükür Paşazadə Özbəkistana səfər edəcək
Dövlət başçısı: Artıq Azərbaycan ilə Ermənistan sülh şəraitində yaşayır və ticarət münasibətləri qururlar
Sumqayıtda 20 yaşlı qadın çimərlikdə boğulub
Prezident İlham Əliyev Donald Trampı təbrik edib
Qaradağda başına dəmir düşən kişi ölüb
Ötən gün bağlı qapı arxasında qalan 2 nəfər xilas edilib, 1 nəfərin meyiti tapılıb
Əlahiddə Ümumqoşun Orduda hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilib - VİDEO
Ukraynanın Sankt-Peterburqdakı neft emalı zavoduna PUA hücumu nəticəsində yanğın olub
Rusiya HHM qüvvələri gecə ərzində 389 Ukrayna PUA-sını vurub
Qlobal fond bazarlarında əsas indekslərdə artım müşahidə olunub
Azərbaycan neftinin qiyməti 73 dollara yaxınlaşıb
Neftin qiyməti 72 dolları ötüb
Fransa Hörmüz boğazında təhlükəsizliyi gücləndirmək üçün hərbi qüvvələr göndərib
DÇ-26: Kolumbiya 1/8 finala yüksəlib
Cokoviç Uimbldonda Federerin rekorduna şərik olub
Bloomberg: NATO sammitinə hazırlıq Ukrayna məsələsinə görə dalana dirənib
BBC: İngiltərə–Meksika matçının başlama vaxtı qasırğaya görə dəyişdirilə bilər
DÇ-2026: Argentina Kabo-Verdeni çətinliklə məğlub edərək 1/8 finala çıxıb - YENİLƏNİB
Rusiyanın Sumıya aviazərbəsi nəticəsində 4 nəfər ölüb
DÇ-2026-da avtoqollar üzrə yeni rekord qeydə alınıb
Zelenski G7 və ABŞ-ı Rusiyanın Ukraynaya zərbələri dayandırması üçün sərt addımlara çağırıb
Notr-Dam kilsəsinin bərpası 2033-cü ilə qədər davam edəcək