Bank Of Baku

BP Azərbaycanda SWAP layihəsi ilə bağlı planlarını açıqlayıb

BP Azərbaycanda SWAP layihəsi ilə bağlı planlarını açıqlayıb
# 25 oktyabr 2019 10:24 (UTC +04:00)

BP şirkəti dayazsulu "Abşeron" (SWAP) perspektiv sahədə ilk kəşfiyyat quyusunun qazmasına 2020-ci ilin birinci yarısında başlayacaq.

Bunu "APA-Economics"ə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.

Qeyd edək ki, sözügedən sahədə qazma işləri Azərbaycana gətirilən Qazaxıstanın "Satti" qazma qurğusundan aparılacaq. Hazırda qurğuda SWAP layihəsi çərçivəsində işlərə başlamaq üçün modifikasiya işləri aparılır. SWAP çərçivəsində 3 kəşfiyyat quyusunun qazılması planlaşdırılır. Buna baxmayaraq, SOCAR Qazaxstan qurğusunu "Babək" perspektiv strukturunda 2020-ci ilin axırında ilk kəşfiyyat quyusunun qazılması üçün cəlb etməyə planlaşdırılır.

B. Aslanbəylinin sözlərinə görə, "Satti" qazma qurğusunun qrafiki hələ dəqiqləşdirilməyib, lakin ilk növbədə qurğu SWAP-da birinci kəşfiyyat quyusunun qazılmasına yönəldiləcək.

"Bu sahədə qazma işləri gələn ilin birinci yarısında başlayacaq", - deyə B. Aslanbəyli BP-nin bu layihə çərçivəsində olan qazma planı ilə SOCAR-ın sözügedən qurğunu "Babək"də aparılacaq işlərə cəlb edilməsi niyyətinin necə razılaşdırılacağı sualına cavab olaraq bildirib.

Ümumiyyətlə, dayazsulu "Abşeron" perspektiv sahəsində qazılacaq 3 kəşfiyyat quyularının dərinliyi 3-4 min metr arasında olacaq, quyular suyun 6-10 metr dərinliyində qazılacaq.

SWAP layihəsi üzrə neft ehtiyatlarının olması ehtimal edilir.

Qeyd edək ki, SOCAR və "KazMunayQaz" milli şirkəti arasında 26 yanvar 2019-cu il şəhərində imzalanmış "Qarşılıqlı əməkdaşlıq haqqında" Memorandum çərçivəsində, Azərbaycanın qazma operatoru "Caspian Drilling Company LTD" MMC (CDC) və Qazaxıstanın "KMG Drilling & Services" şirkəti arasında 16 fevral 2019-cu il tarixdə Astana şəhərində "Satti" özüqalxan üzən qazma qurğusunun etibarlı idarəetməyə verilməsinə dair müqavilə imzalanıb. Qurğu Bakıya bu ilin iyununda gətirilib.

Qazma qurğusunun BP və SOCAR-ın birgə istismar etdiyi "Abşeron" (SWAP) strukturunda, eləcə də Xəzər dənizi akvatoriyasında digər layihələrdə əməliyyatlara cəlb edilməsi nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR