Bank Of Baku

BP bu ilin birinci yarısını mənfəətlə başa vurub

BP bu ilin birinci yarısını mənfəətlə başa vurub
# 01 avqust 2023 12:52 (UTC +04:00)

Böyük Britaniyanın neft və qaz nəhəngi olan BP şirkəti bu ilin birinci yarısında ötən ilin müvafiq dövründə qeydə alınan zərərdən sonra 10,01 mlrd.dollar xalis mənfəətlə başa vurub.

APA-Economics”in şirkətin hesabatına istinadən verdiyi məlumata görə, ötən ilin birinci yarısını BP 11,127 mlrd. dollar zərərlə başa vurub.

BP-nin son yarım ildə karbohidrogen hasilatı illik müqayisədə 3,4% artaraq gündəlik 2,301 mln. barel neft ekvivalenti təşkil edib.

Qeyd edək ki, BP Azərbaycanda bir sıra iri neft-qaz layihələrinin iştirakçısıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR