BP "Cənubi-qərbi Qobustan" yatağında daha mürəkkəb texnologiyalardan istifadə etmək niyyətindədir

BP "Cənubi-qərbi Qobustan" yatağında daha mürəkkəb texnologiyalardan istifadə etmək niyyətindədir
# 05 iyul 2019 17:43 (UTC +04:00)

BP şirkəti Azərbaycanda mövcud "Cənubi-qərbi Qobustan" yatağında hasilatın pay bölgüsü sazişi çərçivəsində daha mürəkkəb texnologiyaların istifadəsi məsələsini nəzərdən keçirir.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.

Qeyd edək ki, bu ikin ikinci yarısında sözügedən sahədə axtarış-kəşfiyyat quyusunun qazmasına planlaşdırılırdı.

B. Aslanbəylinin sözlərinə görə, quyu nəzərdə tutulduqdan daha dərin olduğundan burada ilkin nəzərdə tutulandan daha mürəkkəb texnologiyanın istifadə edilməsinə ehtiyac yarandığı müəyyən edilib.

"Hazırda bu məsələnin qiymətləndirilməsi aparılır", - deyə B. Aslanbeyli əlavə edib.

Xatırladaq ki, ötən ilin sentyabrında BP şirkəti Azərbaycanda mövcud “Cənubi-qərbi Qobustan” yatağının hasilatın pay bölgüsü sazişində 61% iştirak payı əldə edib.

Bu pay “Arawak Energy” şirkətinin filialı və “Vitol” Qrupun bir hissəsi olan “Commonwealth Gobustan Limited” şirkətindən alınıb və həmin şirkətə məxsus iştirak payının bir hissəsidir.

Bu sövdələşmənin bir hissəsi olaraq, həmçinin SOCAR-ın da təsdiq etdiyi kimi BP həmin müqavilə sahəsində potensial perspektiv strukturu qiymətləndirmək məqsədilə bir axtarış-kəşfiyyat quyusu qazacağı və bu quyu ilə bağlı əməliyyatların operatoru olacağı bildirilib.

Qeyd edək ki, "Cənubi-qərbi Qobustan" ərazisinin üç blokdan ibarət müqavilə sahəsi 604 kvadrat kilometrdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR