Bank Of Baku

BP-nin ABŞ-da əlavə karbohidrogen resurslarına ehtiyacı yoxdur

BP-nin ABŞ-da əlavə karbohidrogen resurslarına ehtiyacı yoxdur
# 31 oktyabr 2023 15:28 (UTC +04:00)

Böyük Britaniyanın enerji şirkəti olan BP ABŞ-da yeni neft və qaz resurslarına ehtiyac duymur.

APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə şirkətin müvəqqəti icraçı directoru Murray Auchincloss regionda mümkün yeni layihələrlə bağlı KİV-də yayılan xəbərləri şərh edərkən bildirib.

Qeyd olunub ki, bazar ertəsi Reuters mənbələrə istinadən yazıb ki, BP ABŞ-da şist qazı hasilatını artırmaq üçün birgə müəssisələrin yaradılması imkanını nəzərdən keçirir.

“ABŞ-da bizə resurs (neft və qaz - red.) lazım deyil. Çox yüksək keyfiyyətli və bəzi rəqiblərin əldə etdiklərindən aşağı olmayan inanılmaz artım templərinə malik bir çox resursumuz var”, - Murray Auchincloss bildirib.

BP-nin Amerikanın qurudakı təbii qaz yataqlarında (şist biznedi – red.) müştərək müəssisələr yaratmağa çalışması barədə agentliyin xəbərinə də münasibət bildirən şirkət nümayəndəsi qeyd edib ki, mətbuatda yayılanbu şayiələr həqiqətə uyğun deyil.

Xatırladaq ki, BP Azərbaycanda bir sıra iri neft-qaz layihələrinin iştirakçısıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR