Bank Of Baku

BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə xərcləri 12% artıb

BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə xərcləri 12% artıb
# 02 noyabr 2023 13:21 (UTC +04:00)

Bu ilin ilk 9 ayı ərzində BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə yerli şirkətlərlə birbaşa və regionda fəaliyyət göstərən xarici podratçılarla imzaladığı müqavilələr üzrə yerli işçi qüvvəsinə (xidmətlərə) və materiallara çəkilmiş bilavasitə (subpodratçı – 348 müəssisə) xərcləri 1 119,1 mln. ABŞ dolları təşkil edib, bu da illik müqayisədə 12,1% artım deməkdir.

"APA-Economics"in BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə bu ilin birinci 9 ayının nəticələrinə dair dərc etdiyi hesabata istinadən verdiyi məlumata görə, hesabat dövründə BP yerli tərəfdaşı olan birgə müəssisələr (14 müəssisə üzrə) çərçivəsində 535,9 mln. dollar xərcləyib.

Hesabata görə, şirkət hesabat dövründə xarici podratçıların ölkə daxilində məsrəflərinə (94 şirkət üzrə) 271,3 mln. dollar xərcləyib. Bundan başqa, hesabat dövründə BP-nin 216 kiçik və orta müəssisə üzrə xərcləri 276,8 mln. dollar, 24 dövlət şirkəti üzrə xərcləri isə 35,1 mln. dollar təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR