BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə xərcləri artıb

BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə xərcləri artıb
# 12 fevral 2024 15:00 (UTC +04:00)

Ötən il ərzində BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə yerli şirkətlərlə birbaşa və regionda fəaliyyət göstərən xarici podratçılarla imzaladığı müqavilələr üzrə yerli işçi qüvvəsinə (xidmətlərə) və materiallara çəkilmiş bilavasitə (subpodratçı – 382 müəssisə) xərcləri 1 546,4 mln. ABŞ dolları təşkil edib, bu da illik müqayisədə 11,3% artım deməkdir.

"APA-Economics"in BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə 2023-cü ilin nəticələrinə dair dərc etdiyi hesabata istinadən verdiyi məlumata görə, hesabat dövründə BP yerli tərəfdaşı olan birgə müəssisələr (14 müəssisə üzrə) çərçivəsində 712,7 mln. dollar xərcləyib.

Hesabata görə, şirkət hesabat dövründə xarici podratçıların ölkə daxilində məsrəflərinə (96 şirkət üzrə) 389,9 mln. dollar xərcləyib. Bundan başqa, həmin dövrdə BP-nin 245 kiçik və orta müəssisə üzrə xərcləri 398,5 mln. dollar, 27 dövlət şirkəti üzrə xərcləri isə 45,3 mln. dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR