BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə xərcləri azalıb

BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə xərcləri azalıb
# 10 may 2024 14:05 (UTC +04:00)

Bu ilin birinci rübü ərzində BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə yerli şirkətlərlə birbaşa və regionda fəaliyyət göstərən xarici podratçılarla imzaladığı müqavilələr üzrə yerli işçi qüvvəsinə (xidmətlərə) və materiallara çəkilmiş bilavasitə (subpodratçı – 286 müəssisə) xərcləri 327,1 mln. ABŞ dolları təşkil edib, bu da illik müqayisədə 2,4% azalma deməkdir.

Bu barədə “APA-Economics” BP şirkətinin Azərbaycanda fəaliyyətinə dair cari ilin birinci rübünün nəticələrinə həsr olunmuş hesabata istinadən xəbər verir.

Sənədə əsasən, hesabat dövründə BP yerli tərəfdaşı olan birgə müəssisələr (14 müəssisə üzrə) çərçivəsində 130,4 mln. dollar xərcləyib.

Hesabata görə, şirkət hesabat dövründə xarici podratçıların ölkə daxilində məsrəflərinə (66 şirkət üzrə) 88,8 mln. dollar xərcləyib. Bundan başqa, həmin dövrdə BP-nin 188 kiçik və orta müəssisə üzrə xərcləri 97 mln. dollar, 18 dövlət şirkəti üzrə xərcləri isə 10,9 mln. dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR