Bank Of Baku

BP-nin yeni rəhbəri Bernard Luni olacaq

BP-nin yeni rəhbəri Bernard Luni olacaq
# 04 oktyabr 2019 11:43 (UTC +04:00)

BP şirkətinin baş icraçı direktoru Robert Dadli 2020-ci ilin mart ayının 31-də istefa verəcək. O həmçinin şirkətin Direktorlar Şurasını da tərk edəcək.

APA-Economics”in BP-yə istinadən verdiyi məlumata görə, R. Dadlini BP-nin hasilat üzrə icraçı direktoru Bernard Luni əvəzləyəcək. O, şirkətin Direktorlar Şurasının tərkibinə gələn ilin fevralın 5-də daxil olacaq.

Qeyd edək ki, hazırda 64 yaşı olan R. Dadli BP-də 40 il müddətində çalışıb. Son 9 ildə isə o, şirkətə rəhbərlik edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR