Bank Of Baku

BP Qırmızı dəniz vasitəsilə bütün daşımaları dayandıracaq

BP Qırmızı dəniz vasitəsilə bütün daşımaları dayandıracaq
# 18 dekabr 2023 16:53 (UTC +04:00)

Neft və qaz nəhəngi olan Böyük Britaniyanın BP şirkəti Yəmən husilərinin ticarət gəmilərinə hücumlarının artmasından sonra Qırmızı dəniz vasitəsilə bütün daşımaları dayandıracağını bildirib.

Bu barədə “APA-Economics” “Bloomberg”ə istinadən xəbər verir.

“Qırmızı dənizdə gəmiçilik üçün təhlükəsizlik vəziyyətinin pisləşməsi fonunda BP Qırmızı dənizdən keçən bütün tranzitləri müvəqqəti olaraq dayandırmaq qərarına gəlib”, - şirkətin bəyanatında bildirilir.

Onu da qeyd etmək lazımdır ki, BP Azərbaycanda bir sıra iri neft-qaz layihələrinin iştirakçısıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR