BP və tərəfdaşları Azərbaycanda sosial layihələrə 110 mln. dollardan artıq vəsait xərcləyib

BP və tərəfdaşları Azərbaycanda sosial layihələrə 110 mln. dollardan artıq vəsait xərcləyib
# 14 may 2024 15:37 (UTC +04:00)

Bu gün BP şirkəti Azərbaycanda həyata keçirilən layihələrindəki tərəfdaşları adından orta məktəblər üçün nəzərdə tutulmuş bir təhsil layihəsinin uğurla tamamlandığını elan edib.

"APA-Economics" xəbər verir ki, layihəyə 8-ci və 9-cu sinif şagirdləri üçün biznes və sahibkarlığın əsas prinsipləri haqqında təhsil materiallarının hazırlanması daxil idi. Bundan əlavə, proqram çərçivəsində kurs təlimatçılarına, eləcə də məktəb müəllimlərinə təlim keçmək məqsədilə müəllimlər üçün təlimat kitabçası da hazırlanıb.

Layihə çərçivəsində Azərbaycanın müxtəlif yerlərindən təxminən 34 müəllim təlimçi kimi hazırlanıb və onlar da öz növbəsində ölkə üzrə təxminən 600 STEAM müəlliminə təlim keçərək, onları məktəblərdə sahibkarlığın əsaslarının tədris edilməsi üçün lazımi biliklər və effektiv pedaqoji vasitələrlə təmin ediblər. Təlim proqramları sahibkarlıq düşüncə tərzi və bacarıqlarının inkişaf etdirilməsi, biznes modellərinin inkişafı, biznes ideyalarının hazırlanması, sosial sahibkarlığın tədqiqi, maliyyə savadlılığı, yaradıcı düşüncə və problemlərin həlli kimi mövzuları əhatə edib.

Daha sonra təlim keçmiş müəllimlər ölkənin 51 rayonunda 150 STEAM məktəbində ümumilikdə təxminən 8000 şagird üçün dərslər və digər tədris fəaliyyətləri həyata keçiriblər. İnteraktiv sessiyalar vasitəsilə şagirdlər biznes planlarının hazırlanması, bazarların təhlili və biznes imkanlarının müəyyənləşdirilməsi üzrə xüsusi təlim keçiblər.

Bu 12 aylıq layihənin ümumi dəyəri 74450 AZN ($43 800) təşkil edib.

Qeyd etmək lazımdır ki, bu vaxtadək BP öz tərəfdaşları ilə birlikdə ölkədə icraçısı olduğu layihələrə təxminən 85 milyard dollar sərmayə qoyub. Fəaliyyətə başladığı vaxtdan indiyədək BP özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə ümumilikdə 110 milyon ABŞ dollarından çox vəsait xərcləyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR