“Brent” nefti cüzi ucuzlaşıb, WTI isə bahalaşıb

“Brent” nefti cüzi ucuzlaşıb, WTI isə bahalaşıb
# 16 fevral 2024 09:16 (UTC +04:00)

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin aprel müqaviləsinin dəyəri 0,05% azalaraq 1 barelə görə 82,82 dollar təşkil edib.

"APA-Economics"in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin mart ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,14% artaraq 78,14 dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR