ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2022-ci ilin iyun müqaviləsinin dəyəri 4,33% azalaraq 1 barelə görə 98,33 dollar təşkil edib.
"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin may ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 4,64% azalaraq 93,7 dollar təşkil edib.