Bank Of Baku

Britaniyada elektrik enerjisi qiymətlərinin yuxarı həddi 54% artırılıb

Britaniyada elektrik enerjisi qiymətlərinin yuxarı həddi 54% artırılıb
# 03 fevral 2022 16:03 (UTC +04:00)

Böyük Britaniyanın Qaz və Elektrik Bazarları İdarəsi qaz qiymətlərinin artması fonunda istehlakçılar üçün elektrik enerjisi qiymətlərinin yuxarı həddini 54% artırıb.

Bu barədə “APA-Economics” Rusiya mətbuatına istinadən xəbər verir.

Məlumata görə, tənzimləyicinin cümə axşamı elan etdiyi kimi, 2022-ci il aprelin 1-dən etibarən ev təsərrüfatları üçün maksimum elektrik haqqı illik 1 971 funt sterlinq (2,67 min dollar) təşkil edəcək.

Beləliklə, hər bir ev təsərrüfatı üçün elektrik enerjisi haqqı ildə 693 funt sterlinq (940 dollar) arta bilər. Bu, belə bir mexanizmin ilk tətbiq edildiyi 2019-cu ildən bəri ən yüksək artımdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR