Azərbaycan-Aİ Enerji Dialoqunun Brüssel görüşündə strateji enerji tərəfdaşlığı çərçivəsində Cənub Qaz Dəhlizinin genişləndirilməsi və yaşıl enerji dəhlizinin inkişafına Aİ-nin dəstəyi məsələsi müzakirə edilib.
“APA-Economics” xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “Twitter“ hesabında Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı Kadri Simsonla birgə foto ilə paylaşaraq qeyd edib.
“Azərbaycan-Aİ Enerji Dialoqunun Brüssel görüşündə strateji enerji tərəfdaşlığımız çərçivəsində CQD-nin genişləndirilməsi, yaşıl enerji dəhlizinin inkişafına Aİ-nin dəstəyi, enerji keçidi və enerji səmərəliliyi üzrə əməkdaşlığı müzakirə etdik”, - paylaşımda bildirilir.