2021-ci ilin yanvar-noyabr aylarında magistral neft kəmərləri ilə 32 053,4 min ton neft nəql edilib.
"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, nəqletmənin 75,2%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və cari ilin yanvar-noyabr ayları ərzində bu kəmər vasitəsilə 24 110,2 min ton neft ötürülüb. Dövr ərzində BTC kəməri ilə 3 212,0 min ton tranzit nefti də nəql edilib.
Magistral qaz kəmərləri ilə 31 592,5 mln. kubmetr qaz nəql edilibvə əvvəlki ilin müvafiq dövrünə nisbətən 20,2% artım müşahidə olunub. Qazın nəqlinin 50,4%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilmiş və 15 922,9 mln. kubmetr qaz ötürülüb.