Bank Of Baku

BTC ilə neftin nəqli azalıb

BTC ilə neftin nəqli azalıb
# 15 aprel 2025 10:49 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Azərbaycanda neft kəmərləri ilə 9 028,8 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 6,6% azdır.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, nəqletmənin 76,2%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və hesabat dövründə bu kəmər vasitəsilə 6 880,8 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 5,3% azdır.

Hesabat dövrü ərzində BTC kəməri ilə nəql edilmiş neftin 83,2%-i və ya 5 727,4 min tonunu Azərbaycanda hasil edilən neft (2,4% azalma), 16,8%-i və ya 1 153,4 min tonunu (17,6% azalma) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

Xatırladaq ki, ötən il Azərbaycanda neft kəmərləri ilə 38 752,1 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 2,5% azdır. Nəqletmənin 76%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və hesabat dövründə bu kəmər vasitəsilə 29 470,9 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 2,4% azdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR