Bank Of Baku

BTC ilə neftin nəqli bu il 2%-dək artıb

BTC ilə neftin nəqli bu il 2%-dək artıb
# 15 dekabr 2023 13:51 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında magistral neft kəmərləri ilə 36 403,2 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 5,8% çoxdur.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, nəqletmənin 75,9%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və cari ilin yanvar-noyabr ayları ərzində bu kəmər vasitəsilə 27 635,3 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 1,9% çoxdur.

Hesabat dövrü ərzində BTC kəməri ilə nəql edilmiş neftin 82,7%-i və ya 22 854,5 min tonunu Azərbaycanda hasil edilən neft, 17,3%-i və ya 4 780,8 min tonunu (2,4% artım) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR