Bank Of Baku

BTC ilə tranzit neftinin nəqli 10% artıb

BTC ilə tranzit neftinin nəqli 10% artıb
# 14 sentyabr 2023 09:20 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında magistral neft kəmərləri ilə 26 456,9 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 10% çoxdur.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, nəqletmənin 76,2%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və cari ilin yanvar-avqust ayları ərzində bu kəmər vasitəsilə 20 149,8 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 6,04% çoxdur.

Hesabat dövrü ərzində BTC kəməri ilə nəql edilmiş neftin 83,5%-i və ya 16 834,5 min tonunu Azərbaycanda hasil edilən neft, 16,5%-i və ya 3 315,3 min tonunu (10,04% artım) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR