Bank Of Baku

BTC ilə tranzit neftinin nəqli 7%-dək artıb

BTC ilə tranzit neftinin nəqli 7%-dək artıb
# 12 oktyabr 2023 10:52 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında magistral neft kəmərləri ilə 29 787,7 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 8,3% çoxdur.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, nəqletmənin 76,1%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və cari ilin yanvar-avqust ayları ərzində bu kəmər vasitəsilə 22 665,1 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 4,5% çoxdur.

Hesabat dövrü ərzində BTC kəməri ilə nəql edilmiş neftin 83,1%-i və ya 18 844,8 min tonunu Azərbaycanda hasil edilən neft, 16,9%-i və ya 3 820,3 min tonunu (6,7% artım) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR