Bank Of Baku

BTC ilə tranzit neftinin nəqli iki dəfə artıb

BTC ilə tranzit neftinin nəqli iki dəfə artıb
# 14 mart 2022 17:59 (UTC +04:00)

Bu ilin yanvar-fevral ayında Azərbaycanda magistral neft kəmərləri ilə 5 575 min ton neft nəql edilib ki, bu da 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 3,9% azdır.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, nəqletmənin 76,7%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib, hesabat dövründə kəmər vasitəsilə 4 276,9 min ton neft ötürülüb (2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 3,6% az).

Məlumata görə, hesabat dövrü ərzində BTC kəməri ilə 800,9 min ton tranzit nefti də (illik müqayisədə iki dəfə çoxdur) nəql edilib.

Xatırladaq ki, ötən il Azərbaycanda magistral neft kəmərləri ilə 35 018 min ton neft nəql edilib ki, bu da 2020-ci ilin göstəricisi ilə müqayisədə 0,86% çoxdur. Nəqletmənin 75,5%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib, ötən il kəmər vasitəsilə 26 421,5 min ton neft ötürülüb (2020-ci ilin göstəricisi ilə müqayisədə 3,85% az). Hesabat dövrü ərzində BTC kəməri ilə 3 598,4 min ton tranzit nefti də (7,4% az) nəql edilib.

Qeyd edək ki, BTC-nin ötürmə qabiliyyəti gündə 1 mln. bareldir. Kəmərin neftlə doldurulmasına 2005-ci il mayın 6-da başlanılıb, bu kəmərlə nəql edilmiş ixrac xam nefti yüklənmiş ilk tanker 2006-cı il iyunun 4-də yola salınıb.

"BTC Co."nun səhmdarları BP (30,1%), "AzBTC" (25%), MOL (8,9%), "Equinor" (8,71%), TPAO (6,53%), "Eni" (5%), "Total" (5%), ITOCHU (3,4%), INPEX (2,5%), "ExxonMobil" (2,5%) və "ONGC (BTC) Limited" (2,36%) şirkətləridir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR