Bu ilin yanvar-sentyabr aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə 21,65 mln. yaxın neft nəql edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6%-a yaxın azdır.
"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə BTC kəməri ilə 3,43 mln. tondan artıq tranzit nefti də nəql edilib. Bu, illik müqayisədə 28,3% azdır.
Komitənin məlumatına əsasən, ötən dövr ərzində Azərbaycanın magistral neft kəmərləri ilə 29,38 mln. tona yaxın neft nəql edilib (4,86%-lik azalma).