Bank Of Baku

BTC kəməri üzrə əməliyyat xərcləri azalıb

BTC kəməri üzrə əməliyyat xərcləri azalıb
# 01 avqust 2019 16:51 (UTC +04:00)

Bu ilin birinci yarısında Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri üzrə əməliyyat xərclərinə təqribən 55 mln. ABŞ dolları xərclənilib ki, bu da ötən ilin müvafiq dövrü ilə nisbətdə 11% azdır.

BP-dən “APA-Economics”ə verilən məlumata görə, kəmər üzrə əsaslı xərclərə isə təqribən 12 mln. dollar xərclənib, bu da 8,3%-lik azalma deməkdir.

Məlumata əsasən, 1 768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən  2019-cu ilin birinci yarısının sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə 432 mln. tondan artıq (3,2 mlrd. bareldən artıq) xam neft nəql edilmiş və Ceyhanda 4 234 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir.

İlin ilk yarısında isə BTC vasitəsilə təqribən 16 mln. ton (ötən il bu göstərici 17 mln-dan artıq olub) xam neft ixrac olunub və bu neft Ceyhanda 149 tankerə yüklənib.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

BTC Ko.-nun səhmdarları: BP (30,1%); AzBTC (25%); Chevron (8,9%); Equinor (8,71%); TPAO (6,53%); Eni (5%); Total (5,00%), ITOCHU (3,4%); INPEX (2,5%), ExxonMobil (2,5%) and ONGC (BTC) Limited (2,36%).

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR