Bank Of Baku

Bu gün Nəsimi rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq

Bu gün Nəsimi rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq
# 04 iyun 2019 09:42 (UTC +04:00)

Bakının Nəsimi rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.

“Azəriqaz”dan ONA-ya verilən məlumata görə, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində  yeni çəkilmiş diametri 400,160 və 110 mm-lik polietilen qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar, bu gün saat 10:00-dan təmir işləri tamamlananadək Nəsimi rayonu 1 və 2-ci Alatava, Tbilisi prospekti, 20 yanvar, A. Məhərrəmov, A. Qurbanov, Bakıxanov, C. Məmmədquluzadə və H. Əliyev küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

“Görülən zəruri təmir işlərinin Yasamal və Nərimanov  rayonlarının bir hissəsinin də  qaz təchizatına təsir göstərməsi mümkündür. Aparılan işlər gün ərzində  yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək. Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir”, - deyə “Azəriqaz”dan bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR