Bank Of Baku

Bu gün üç rayonun qaz təchizatında fasilə yaranacaq

Bu gün üç rayonun qaz təchizatında fasilə yaranacaq
# 13 oktyabr 2023 09:21 (UTC +04:00)

Bu gün Qaradağ, Binəqədi və Abşeron rayonlarının bir hissəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə “APA-Economics”ə Azəriqaz İstehsalat Birliyindən bildirilib.

Məlumata görə, “Pirəkəşkül” QPS-də separatorun demontaj olunması, yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar 13.10.2023-cü il tarixdə saat 09:30-dan işlər başa çatanadək“Pirəkeşkül QPS qolu” yüksək təzyiqli qaz kəmərindən qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir-quraşdırma işləri aparılan müddətdə Qaradağ rayonunun Qaçqınlar şəhərciyi və Müşfiqabad qəsəbəsinin, Binəqədi rayonunun 28 May qəsəbəsinin, Abşeron rayonunun Çaylı-Qobustan yaşayış massivinin, həmçinin Abşeron rayonu ərazisində fəaliyyət göstərən bir neçə sənaye müəssisəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR