Bank Of Baku

Bu il Azərbaycan 1.2 mlrd. dollar qeyri-neft ixracı edib

Bu il Azərbaycan 1.2 mlrd. dollar qeyri-neft ixracı edib
# 05 may 2023 18:42 (UTC +04:00)

2023-cü ilin yanvar-aprel ayları ərzində Azərbaycanın ümumi ixracı 12,6 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 1.2 mlrd ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 21,2% artıb. 2023-cü ilin yanvar-aprel ayları ərzində yeyinti məhsulları üzrə ixrac 236,2 milyon ABŞ dolları bərabər olub.

APA-Economics” İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, 2023-cü ilin yanvar-aprel ayları ərzində spirtli və spirtsiz içkilərin ixracı 6 dəfə, şəkər ixracı 27,6% artıb.

2023-cü ilin yanvar-aprel ayları ərzində aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 9,1% artaraq 248,2 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 53,8% artaraq 74,7 milyon ABŞ dolları təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR