Bank Of Baku

Bu il Azərbaycanın neft-qaz sektoruna sərmayələr azalıb

Bu il Azərbaycanın neft-qaz sektoruna sərmayələr azalıb
# 17 oktyabr 2022 12:44 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın neft-qaz sektoruna 3 603,3 mln. manat həcmində vəsait yönəldilib ki, bu da illik müqayisədə 10,7% azdır.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2021-ci ilin müvafiq dövründə sözügedən göstərici 4 033,8 mln. manat səviyyəsində olub.

Xatırladaq ki, ötən il Azərbaycanın neft-qaz sektoruna 5 765,5 mln. manat həcmində vəsait yönəldilib, bu da illik müqayisədə 6,9% azalma deməkdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR