Bank Of Baku

Bu il BTC ilə neftin nəqli 6,5% artıb

Bu il BTC ilə neftin nəqli 6,5% artıb
# 13 iyul 2023 11:44 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında magistral neft kəmərləri ilə 19 649,7 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 10,7% çoxdur.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, nəqletmənin 76,5%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və cari ilin yanvar-iyun ayları ərzində bu kəmər vasitəsilə 15 025,4 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 6,48% çoxdur.

Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 83,7%-i və ya 12 570,2 min tonunu Azərbaycanda hasil edilən neft, 16,3%-i və ya 2 455,2 min tonunu (4% azalma) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR