Bu ilin noyabr ayında 436 abonent olmaqla cari ilin 11 ayı ərzində 4004 abonent tərəfindən elektron qaydada enerji təchizatı şəbəkəsinə qoşulma üzrə müraciətlər daxil olub.
“Azərişıq” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, e-gov.az və azerishiq.az saytlarında enerji təchizatı şəbəkəsinə qoşulmaq üçün yaradılan e-xidmət, abonentlərin məmnunluq səviyyəsini artırmaq, xüsusilə pandemiya dövründə insanların arasında təmasın azaldılması məqsədi ilə tətbiq edilib.
“Azərişıq” bu xidmətlərdən istifadə edərək yaşayış və ya iş yerini tərk etmədən, abonentlərin sağlamlığını düşünərək onları xidmətlərdən online yararlanmağa çağırır.