Bank Of Baku

Bu il hasil edilən 2.7 mln. ton neftin 2.1 mln. tonu ixrac edilib - FOTO

Bu il hasil edilən 2.7 mln. ton neftin 2.1 mln. tonu ixrac edilib - FOTO
# 13 fevral 2023 08:57 (UTC +04:00)

Bu ilin yanvar ayında operativ məlumatlara görə, hasil edilmiş 2.7 mln. ton neftin 2.1 mln. tonu ixrac edilib.

APA xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “Twitter” hesabında paylaşım edib.

Nazir qeyd edib ki, yanvarda 4% artımla hasil edilmiş 4.2 milyard kubmetr qazın 2.2 milyardı ixrac olunub.

P. Şahbazovun sözlərinə görə, yanvarda qaz ixracı ötən ilin eyni dövrünə nisbətən 12% artıb.

Hesabat dövründə, Avropaya 1 mlrd. kubmetr, Türkiyəyə 0.9 mlrd. kubmetr, Gürcüstana isə 0.3 mlrd. kubmetr qaz ixrac olunub.

Ötən ay TANAP Türkiyəni 0.5 mlrd. kubmetr qazla təchiz edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR