2025-ci ilin yanvar-aprel ayları ərzində “ƏDV geri al” layihəsi çərçivəsində fiziki şəxs olan istehlakçılara 55 milyon 968 min manatdan çox ƏDV geri qaytarılıb.
Bu barədə “APA-Economics” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin fiziki şəxs olan istehlakçılara “ƏDV geri al” layihəsi çərcivəsində qaytarılan həcmi yanvar-aprel aylarında 10 milyon 742 min manatdan çox təşkil edib.