Bank Of Baku

Bu il qeyri-OPEC+ ölkələrində neft hasilatının artacağı proqnozlaşdırılır

Bu il qeyri-OPEC+ ölkələrində neft hasilatının artacağı proqnozlaşdırılır
# 15 iyun 2022 12:26 (UTC +04:00)

OPEC+ alyansına daxil olmayan ölkələrdə neft hasilatının artımının 2022-ci ildə gündəlik 1,9 mln. barrel, 2023-cü ildə isə gündəlik 1,8 mln. barrel təşkil edəcəyi gözlənilir.

APA-Economics” xəbər verir ki, görə, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) iyun hesabatında deyilir.

“ABŞ-ın başçılıq etdiyi qeyri-OPEC+ ölkələri hasilatı 2022-ci ildə sutkada 1,9 mln. barel, gələn il isə sutkada 1,8 mln. barel artıracaq”, - IEA yazır.

Agentlik güman edir ki, 2022-ci ildə istehsalın əsas artımı - 65% ABŞ-dan gələcək. Xüsusilə ilin ikinci yarısında artım Kanada, Qayana və Braziliya tərəfindən də təmin ediləcək. 2023-cü ildə əsas - 60% artım yenidən ABŞ-dan gələcək.

"Artımın bu il ərzində və 2023-cü ildə davam edəcəyi, 2022-ci ildə orta hesabla gündəlik 48,2 mln. barel (+1,9 mln. barel) və 2023-cü ildə gündəlik əhəmiyyətli 50 mln. barel (gündə +1,8 mln. barel) təşkil edəcəyi gözlənilir”, - hesabatda qeyd olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR